“Artıq növbədənkənar prezident seçkisi Azərbaycan tarixinin əhəmiyyətli səhifələrindən biri kimi 50 milyonluq xalqımızın yaddaşına həkk olundu”.
Bunu “Yeni Sabah”a açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
O, qeyd edib ki, xalqımız dövlətinə bir daha sahib çıxdı: “Yüksək siyasi fəallıq nümayiş etdirərək ermənilərin və onları himayə edən erməni ruhlu dövlətləri ölkəmizə yönələn 200 illik işğalına son qoyan, respublikamızın ərazi bütövlüyünü və suverenliyini təmin edən, Vətən müharibəsinin Baş qəhrəmanı, Müzəffər və qalib sərkərdə, mahir diplomat, Dünya səviyyəli dövlət xadimi, ustad siyasətçi, Vətənsevər, xalqına bütün varlığı ilə, qırılmaz tellərlə bağlı olan, bəşəri dəyərlərə sədaqətini bütün dünyaya nümayiş etdirən, 50 milyon Azərbaycanlının dünya səviyyəli lideri İlham Əliyevə səs verməklə ona olan sonsuz inam, ehtiram və etibarını bir daha nümayiş etdirdi. Dördpendirli pizza
Zəfər seçkimiz zəfərlə başa çatdı. Bu qələbə 2020-ci il 44 günlük Vətən müharibəsinin və 2023-cü il anti-terror əməliyyatının dəmir məntiqinin ifadəsi idi.
Xalqımızın yüksək etimad və inamını qazanan və növbəti illər üçün prezident seçilən dövlət başçımız cənab İlham Əliyevi səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, hər zaman uğurlarla müşayiət olunan fəaliyyətində yeni-yeni zirvələr arzulayır, uca millətimizə isə göz aydınlığı verirəm”.
Telegram kanalımız