İran Rəhbərinin dəftərxanası prezidentliyə namizədlər və onların qərargahlarına xəbərdarlıq edib.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bəyanatda sənədsiz sitatlar və ya şəxsi təəssüratların etibarlı olmadığı diqqətə çatdırılıb.
"Son günlər prezident seçkilərinin möhtərəm namizədlərindən və ya onlara aid edilən qərargah üzvlərindən və şəxslərdən bəzilərinin Ayətullah Xamnəi və ya onun ofisinin rəsmilərindən natamam və ya yanlış iqtibaslar səsləndirdiyi müşahidə olunub, buna əsasən şərhlər və mövqelər bildirilib. pizza mizza
Rəhbərin bəyanatları və rəyləri əsasında onun və ya dəftərxanasının məsul şəxslərinin bəyanatlarına və rəylərinə əsaslanan iqtibaslar etibarsızdır".
Telegram kanalımız