Dünyasını dəyişən Əməkdar artist Tünzalə Əliyevanın ölümü hər kəsi sarsıtdı.
Beynindəki şiş metastaz verəndən sonra aktrisaya 2 ay öncə “ağıllı dərman” adlanan preparatın iynəsi vurulsa da, bu dərmanlar ona köməklik etmədi.
Tünzalə üçün “ağıllı dərman” preparatlarının bir hissəsini aparıcı Zaur Baxşəliyev almışdı. pizza sifarişi
Yenisabah.az xəbər verir ki, 2 ay öncə aparıcının “Bizimləsən” verilişinə canlı bağlantı edərək son arzusunu dilə gətirən “Toppuş bacı” hər kəsi göz yaşına boğmuşdu.
Son çıxışlarından biri olan verilişdə aktrisa yaşayacağına inandığını demişdi:
“90 faiz yaşamaq şansım varsa, çox sevindim. Gözüm işıqlandı. İnşallah, rəbbim mənə möhlət verər ki, mən Zəhramı bir az da böyüdüm. Mən ondan heç nə istəmirəm, yalnız bir az möhlət istəyirəm. O da məqbul bilərsə, versin. Həmişə duam bu olub. Zaurun etdiyi bu yaxşılıqla yaşamaq ümidim artdı. Bacıma demişəm ki, Zaurun verilişi başlayanda televizoru söndür atam görməsin. Bacım dedi ki, içəri girdim dedim ki, narahat olma, Tünzalə yaxşıdır, dedi yalan danışma, xəstəxanadadır, Zaurun verilişində gördüm. Ay ata, narahat olma, dərmanlarım gəldi”.
“Yeni Sabah” verilişdən olan həmin hissəni təqdim edir:
Telegram kanalımız