Xəzər dənizində balıqçılar batıb, birinin meyiti tapılıb

saytların hazırlanması

Evə çatdırılma

Xəzər dənizində balıqçılar batıb, birinin meyiti tapılıb

Hadisə

13 Dekabr 2022 15:24 750


Xəzər dənizinin Xaçmaz rayon sahillərində balıq tutmaq istəyən şəxs batıb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, həmin şəxsin Şabran rayon sakini, 1961-ci il təvəllüdlü Sultanov Yusif Dadaş oğlu olduğu məlum olub.

Balıqçının meyiti tapılaraq müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib. Toyuqlu pizza

Həmin vaxt qayıqda daha üç balıqçının da olduğu bildirilir və onlar haqqında hələ məlumat yoxdur.

Hazırda faktla bağlı araşdırmalara başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!