Xəzərdə dinamitlə balıq ovlayanlar tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Xəzərdə dinamitlə balıq ovlayanlar tutuldu

Kriminal

14 İyun 2023 12:55 929


Dövlət Sərhəd Xidmətinin (DSX) gəmisi Böyük Tava, Kiçik Tava, Çurka, Yal, Dardanel, Qarasu, Gil, Xərə-Zirə, Daşsız, Adsız adaları, həmçinin Kumani və Kornilov-Pavlov bankalarına baxış keçirilib.

Yenisabah.az DSX-nin mətbuat mərkəzinə istinadla xəbər verir ki, Xəzər dənizinin Azərbaycan Respublikası sektorunda, Qaradağ reydində icazəsiz rejim sularına çıxan “ƏL-1431” bort nömrəli kiçikhəcmli üzmə vasitəsinin heyətində şübhəli hallar aşkar edilib.

Həyata keçirilən rejim tədbirləri nəticəsində partlayıcı vasitələrdən istifadə edərək qanunsuz balıq ovu ilə məşğul olan Qaradağ rayon sakinləri Nuriyev Elman Bibiqulu oğlu, Dəmirov Mustafa Babahəsən oğlu və İskəndərov Şəhriyar Aydın oğlu saxlanılaraq Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!