XİN: 2023-cü ildə Türkiyə ilə münasibətlərin normallaşdırılması davam etdirilib

saytların hazırlanması

Evə çatdırılma

XİN: 2023-cü ildə Türkiyə ilə münasibətlərin normallaşdırılması davam etdirilib

Dünya

04 İyun 2024 11:44 254


2023-cü ildə Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesini davam etdirib.

Yenisabah.az xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyada parlamentin daimi komissiyalarının birgə iclasında bildirib.

O deyib: “Bir sıra məsələlər üzrə kifayət qədər geniş qarşılıqlı anlaşmamız var. Təbii ki, konkret razılaşmaları yerlərdə görməyin vaxtının yetişdiyi göz qabağındadır”. pizza mizza

Nazirin sözlərinə görə, Gürcüstan və İranla da əlaqələr xeyli dərinləşib:

“Məsələn, bu ilin fevralında Gürcüstanla strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalamağa nail olduq. İranla münasibətlərdə də mühüm nailiyyətlərimiz olub. Müxtəlif istiqamətlərdə. İlk növbədə, iqtisadi baxımdan”.

Mirzoyan Fransa və ABŞ-la münasibətlərin dərinləşdirilməsi istiqamətində aktiv addımların atılacağını da vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!