XİN başçısı: COP29-a sədrlik çərçivəsində nüvə təhlükəsizliyini öndə saxlayacağıq

saytların hazırlanması

Evə çatdırılma

XİN başçısı: COP29-a sədrlik çərçivəsində nüvə təhlükəsizliyini öndə saxlayacağıq

Siyasət

21 Mart 2024 16:12 916


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsində nüvə texnologiyalarından dinc məqsədlər üçün əlçatan istifadə naminə resursların cəlbinin təşviqi ilə yanaşı, nüvə təhlükəsizliyi amilini ön planda saxlayacağıq.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nüvə Enerjisi Sammitində çıxışı zamanı deyib.

Nazir Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) bu istiqamətlərdə göstərilən səylərə mümkün töhfəsinin əhəmiyyətli rol oynayacağına inandığını qeyd edib. pizza

Azərbaycanın milli səviyyədə nüvə texnologiyalarından istifadə təcrübəsi barədə ətraflı məlumat verən C.Bayramov AEBA ilə birgə Azərbaycan üçün ən vacib çağırışlardan biri olan mina təhdidi ilə mübarizə sahəsinə nüvə texnologiyasının tətbiqinin mümkünlüyünün tədqiq edilməsi üzərində çalışıldığını diqqətə çatdırıb. Bu sahədə prioritetin nüvə enerjisindən istifadə imkanlarının araşdırılması zamanı nüvə təhlükəsizliyinə xüsusi diqqət edilməsi olduğu vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!