Xırdalanda qadının attraksiondan yıxılması: Cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Xırdalanda qadının attraksiondan yıxılması: Cinayət işi açıldı

Kriminal

16 İyun 2023 11:20 912


Abşeronda qadının attraksiondan yıxılaraq ölməsi ilə bağlı cinayət işi açılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

İyunun 8-də rayonun Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın attraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılıb və toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 314.2-ci (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. Dördpendirli pizza

Hazırda ibtidai istintaq tədbirləri davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!