“Xocalıya ədalət” Türkiyənin də şüarıdır” - TBMM-in Baş katibi

saytların hazırlanması

Evə çatdırılma

“Xocalıya ədalət” Türkiyənin də şüarıdır” - TBMM-in Baş katibi

Siyasət

26 Fevral 2024 21:09 653


"Xocalıya ədalət" Türkiyə olaraq bizim də şüarımızdır.

Yenisabah.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Katibi Talıb Uzun bildirib.

Baş katib deyib ki, əslən Türkiyənin Sarıqamış bölgəsindəndir və vaxtilə onun yaxın qohumları da ermənilər tərəfindən soyqırıma məruz qalıb: Sezar pizza

"Osmanlı dönəmində bizim o coğrafiyada eyni Xocalıdakı kimi Qarsda, Ərzurumda, İğdırda, Bitlisdə, Sarıqamışda erməni silahlıları ata tərəfdən bütün nəslimi qətlə yetiriblər. Təsadüfən atamın babası başqa bir kəndə gedib, yalnız o sağ qalıb. Ona görə də mən Xocalı soyqırımını anma tədbirində çox duyğusal anlar yaşadım".

Talıb Uzun TBMM sədri Numan Kurtulmuşun bu tədbirin təşkilində birbaşa təlimatının olduğunu vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!