Xüsusi təyinatlılar Qazaxın işğal altındakı kəndinə girdi: Qarşıdurma - VİDEO 

saytların hazırlanması

Evə çatdırılma

Xüsusi təyinatlılar Qazaxın işğal altındakı kəndinə girdi: Qarşıdurma - VİDEO 

Siyasət

22 Aprel 2024 15:30 6997


Azərbaycana təhvil veriləcək Aşağı Əskipara kəndində yaşayan ermənilər kənddə yerləşən kilsənin ərazisini minalayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə TV “Müsavat”ın efirində hadisələri şərh edən jurnalist Rauf Arifoğlu bildirib. Jurnalist kənd sakinləri ilə Ermənistan polisi arasında əlbəyaxa insidentin olduğunu qeyd edib:

“Hazırda ərazidə minatəmizləmə əməliyyatları başlayıb. Qazaxın kəndləri tamamilə başqa kateqoriyadır. Bu Ermənistanın işğalını birbaşa sübut edən faktdır. Ermənistan Qarabağdakı işğalı “separatçılıq” adı altında gizlətməyə çalışırdı, amma Qazaxın kəndləri ilə bağlı onların əlində heç bir arqument yoxdur”.  pizza hut

Rauf Arifoğlu Paşinyanın 4 kəndi Azərbaycana qaytarmaqla, ölkəsinin işğalçı olmasını dolayı yolla etiraf etdiyini diqqətə çatdırıb:

“Azırbaycanın istədiyi formatda böyük Qazax anlaşması oldu. Heç bir vasitəçi olmadan kəndlərin təhvil verilməsi prosesi başlandı. Kəndlilərin etiraz aksiyası keçirməsinin heç bir mahiyyəti olmayacaq”. 

Nazim HACIYEV 

Ermənistan polisi ilə Aşağı Əskipara sakinləri arasında olan insident görüntülərini təqdim edirik: 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!