“Yeni Azərbaycan Partiyasının (YAP) bütün rayon təşkilatlarının sədrləri sabahkı qurultaya dəvət olunub”.
Yenisabah.az xəbər verir ki, bunu YAP Səbail rayon təşkilatının sədri, sabiq deputat Şəmsəddin Hacıyev bildirib. O, Modern.az-a açıqlamasında YAP üzvlərinin bu gün COVID-19 testi verdiyini də qeyd edib.
Şəmsəddin Hacıyev Yeni Azərbaycan Partiyasında aparılacaq islahatlardan da söz açıb: Dominos pizza
“Yeni Azərbaycan Partiyasında struktur dəyişiklikləri ola bilər. Yeni tələblər mövcuddur. Dünya dəyişir. Ölkəmizdə cənab Prezidentin başçılığı ilə islahatlar həyata keçirilir. Yeni Azərbaycan Partiyasında da islahatların aparılması nörmaldır”.
Müsahibimiz hakim partiyanın rayon təşkilatları sədrlərinin dəyişdiriləcəyi barədə iddialara da toxunub:
“Biz partiyanın əsgərləriyik. İllərdir ki, ölkə başçısının siyasi fəaliyyətini dəstəkləyirik. Sabahkı qurultayda nə qərar veriləcəksə, biz də ona tabe olacağıq”.
Qeyd edək ki, sabah səhər saatlarında Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək.
Telegram kanalımız