Fevralın 23-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının yaradılmasının 31 illiyi qeyd edilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin YAP Xətai rayon təşkilatının qərargahındakı büstünün önünə qızıl gül dəstələri düzüblər.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bu məqamı böyük fəxr hissi və qürurla qeyd edib ki, son üç ildə hər bir əlamətdar günü, bayramlarımızı tamamilə fərqli ovqatda qeyd edirik. Sezar pizza
Ötən ilin sentyabr ayında Silahlı Qüvvələrimizin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Cari ildə ölkəmizin həyatında mühüm və qürurverici hadisə yaşandı. Suverenliyimizin tam bərpa olunması fonunda ölkəmizdə prezident seçkiləri keçirildi.
Partiyanın ilk yaradılan rayon təşkilatlarından biri bu gün sıralarında 15 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatıdır.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Yeni Azərbaycan Partiyasının ölkəmizin hər bir uğurunda payı olduğunu bildirib.
Çıxışlardan sonra YAP Xətai rayon təşkilatının həyatında fəal iştiraklarına görə bir qrup üzvə Fəxri fərmanlar, partiyaya yeni daxil olanlara üzvlük vəsiqəsi təqdim olunub.
Telegram kanalımız