Yaponiya hökuməti Rusiya oliqarxlarının bank hesablarını dondurdu

saytların hazırlanması

Evə çatdırılma

Yaponiya hökuməti Rusiya oliqarxlarının bank hesablarını dondurdu

Dünya

03 Mart 2022 16:58 452


Yaponiya hökuməti Rusiya oliqarxlarının ölkə banklarındakı hesablarının dondurulması ilə bağlı qərar qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kisida martın 3-də bildirib.

“Bu gün biz rusiyalı “dzaybasu” (“pul klanı”- TASS) oliqarxlarının bank hesablarının dondurulması barədə qərar qəbul etmişik”, - Baş nazir söyləyib. pizza sifarişi

O əlavə edib ki, Yaponiya, Avropa İttifaqı və ABŞ-ın maliyyə sanksiyaları, o cümlədən Rusiya banklarının beynəlxalq banklararası ödəmə sistemi SWIFT-dən çıxarılması vacib addımdır: “Bu, Rusiyanın beynəlxalq ödəmə sistemi və dünya iqtisadiyyatından təcrid olunmasıdır”.

Qeyd edək ki, martın 1-dən Yaponiya Rusiyanın 49 şirkət və təşkilatına, o cümlədən “Rosoboroneksport”, “Rostex”, Federal Təhlükəsizlik Xidməti, “İrkut”, “Proqress”ə qarşı sanksiya tətbiq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!