Yaşlı ermənidən Azərbaycan dilində görüntülü mesaj - Video

saytların hazırlanması

Evə çatdırılma

Yaşlı ermənidən Azərbaycan dilində görüntülü mesaj - Video

Hadisə

19 Sentyabr 2022 14:02 3537


Zəngəzurun Qafan şəhərinin inzibati ərazisində yerləşən Mahmudlu kəndində yaşayan erməni sovet dövründə kənd sovetinin sədri olmuş Səməd Qarayevə videogörüntü ilə mesaj göndərir.

O, görüntüdə azərbaycanca danışıb. O bildirib ki, ağacların barı-bəhəri də azərbaycanlılarla gedib. 

Qeyd edək ki, bu kənd 1949-cu ilə kimi Mahmudlu adlansa da, 1949-cu ildən sonra adı dəyişdirilərək Çaykənd edilib, buna baxmayaraq, yerli sakinlər kəndi elə Mahmudlu olaraq adlandırıblar. 90-cı illərdə isə kəndin adı saxtalaşdırılaraq Getişen edilib.  Sezar pizza

Mahmudlu adı XV-XVII yüzilliklərdə Anadoludan gəlmiş sonradan Qızılbaşlara qoşulmuş Mahmudlu tayfasının adı ilə bağlıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!