Yeni Agentliyinin idarəçiliyinə verilən obyektlər məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Yeni Agentliyinin idarəçiliyinə verilən obyektlər məlum oldu

Siyasət

22 Yanvar 2021 15:15 744


Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyinə verilən sənaye məhəllələri və parklar məlum olub.

Yenisabah.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına etdiyi dəyişikliklərdə əksini tapıb.

Dəyişikliyə əsasən, Neftçala Sənaye Məhəlləsinin, Mingəçevir Sənaye Parkının, Qaradağ Sənaye Parkının, Masallı Sənaye Məhəlləsinin, Pirallahı Sənaye Parkının, Hacıqabul Sənaye Məhəlləsinin və Sabirabad Sənaye Məhəlləsinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həyata keçiriləcək. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!