Yeni il hədiyyəsi: “Qutuları qəsdən elə bağlayırlar ki, müştəri aça bilməsin”

saytların hazırlanması

Evə çatdırılma

Yeni il hədiyyəsi: “Qutuları qəsdən elə bağlayırlar ki, müştəri aça bilməsin”

Sosial

02 Dekabr 2024 17:35 808


“Yeni il ərəfəsində uşaqlar üçün marketlərdə hədiyyə qutuları təqdim edilir. Müştərinin bu qutuları açıb içindəki məhsul barədə məlumat öyrənmək şansı sıfıra bərabərdir".

Bunu “Yeni Sabah”a qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib.

Artıq neçə gündür ki, müxtəlif ticarət obyektlərində Yeni il ab-havası hiss edilir. Market vitrinlərini bayram hədiyyələri bəzəməyə başlayıb. Görünüşü cəlbedici olsa da, hədiyyə bağlamalarının içindəki məhsullar köhnə və yararsız olduğunu iddia edənlər var.  pizza hut

Qida eksperti bu rəyi bölüşür: “Bu qutuları qəsdən elə bağlayırlar ki, müştəri asanlıqla aça bilməsin. Sadəcə alıb evinə aparsın.

Bəzi işbazlar insan sağlamığını nəzərə almır və hədiyyə qutularının içinə yararlılıq müddətinin bitməsinə 10-15 gün qalan məhsullar yerləşdirir. Qutularda isə ən çox kremli məhsullar, şirniyyatlar və s. olur”.

İ. Şirinov alıcılara çağırış edib:

“Müştərilər özləri hədiyyə qutunu alıb istədiyi məhsulla bayram hədiyyəsi hazırlaya bilər. Bu daha məqsədəuyğun olar.

Şirkətlərin hazırladığı hədiyyələri müştərilər mütləq açmalı və içindəki məhsulları bir-bir yoxlayıb, onların tərkibi haqqında məlumatlarla tanış olmalıdırlar. Bu haqda müştərilərə heç kim qadağa qoya bilməz. Əsas məsələ uşaqların sağlamlığıdır. 

Valideynlər burada son dərəcə diqqətli olmalıdırlar”.  

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!