Yeni Kaledoniyada iğtişaşlar: Ölənlərin sayı 8 nəfərə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Yeni Kaledoniyada iğtişaşlar: Ölənlərin sayı 8 nəfərə çatdı

Dünya

08 İyun 2024 19:54 441


Yeni Kaledoniyada iğtişaşlar nəticəsində daha 1 nəfər iyunun 3-də Numea Beynəlxalq Hava Limanına gedən yolda jandarma ilə yerli sakinlərin atışmasından sonra xəstəxanada vəfat edib. Yerli prokurorun sözlərinə görə, arxipelaqdakı iğtişaşlar başlayandan bəri ölənlərin ümumi sayı səkkiz nəfərə çatıb.

Yenisabah.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Payta şəhərindəki Kol-de-la-Piroq rayonunda, arxipelaqın paytaxtı Numeadan etirazçılar tərəfindən bağlanan aeroporta gedən yolda baş verib. Jandarmların bildirdiyinə görə, onların avtomobili pikapla vurulduqdan sonra cavab atəşi açılıb.

Prokuror bildirib ki, cümə günü başından yaralanan 26 yaşlı kişi də vəfat edib. Toyuqlu pizza

Sakit okeanın cənubunda Fransanın dənizaşırı ərazisi olan yeni Kaledoniyada iğtişaşlar mayın ortalarında başlayıb. Bunun səbəbi Parisin yeni seçicilərə - 10 ildən çoxdur Yeni Kaledoniyada yaşayanlara yerli seçkilərdə səs vermək hüququ vermək qərarı ilə bağlıdır. Yerli əhali bu qərarın əleyhinə çıxıb.

Fransa parlamenti tərəfindən sözügedən islahata baxılması ərəfəsində yeni Kaledoniyada iğtişaşlar və jandarmların müstəqillik tərəfdarları ilə ilk toqquşmaları başlayıb. Səlahiyyətli orqanlar "misli görünməmiş zorakılıqlar" barədə məlumat veriblər. Arxipelaq ərazisində fövqəladə vəziyyət elan edilib, "TikTok" bloklanıb, Parisdən hərbi dəstək göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!