Yol Polisi sürücüləri diqqətli olmağa çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Yol Polisi sürücüləri diqqətli olmağa çağırdı

Sosial

02 Dekabr 2024 10:12 349


Baş Dövlət Yol Polisi İdarəsinin dumanlı, yağışlı hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı, dumanlı hava yollarda qəza riskini artırır. Belə hava şəraiti görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da sürücülərin digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır, sürüşmə ehtimalını artırır. pizza sifarişi

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək əlverişsiz hava şəraitində, xüsusilə gecə və səhər saatlarında daha da diqqətli olmağı, sürücülərdən sürət həddini, ara məsafəsini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, piyadalardan isə mümkün təhlükələri nəzərə alaraq, daha məsuliyyətli və ehtiyatlı olmağı xahiş edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!