Yolu keçən piyadaları maşın vurdu:   2 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Yolu keçən piyadaları maşın vurdu: 2 nəfər öldü

Hadisə

17 Sentyabr 2022 11:09 1207


Sentyabrın 15-də saat 17 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində qəsəbə sakini V.Adgözəlov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Səməd Eyvazovu vurub. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 16-da orada ölüb. Dördpendirli pizza

Anoloji hal sentyabrın 16-da saat 20 radələrində Zərdab rayonunun Mollakənd kəndi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini E.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Sona Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

 

Hazırda hər iki faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!