Yumurta bahalaşıb? – “Novruza qədər...”

saytların hazırlanması

Evə çatdırılma

Yumurta bahalaşıb? – “Novruza qədər...”

Sosial

13 Dekabr 2024 10:39 279


Bəzi iri ticarət şəbəkələrində yumurtanın qiyməti artım müşahidə edilib. 

Yenisabah.az milli.az-a istinadla xəbər verir ki, əvvəllər 12-13 qəpiyə satılan yumurta bir neçə gündür 17-18 qəpiyə təklif olunur.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Milli.Az-a bildirib ki, yumurtanın qiymətində artım yox, ucuzlaşma var. pizza sifarişi

"Əvvəllər 16-18 qəpik olan yumurta hazırda 13-14 qəpiyə təklif olunur. Kifayət qədər ehtiyat yumurta olduğundan Novruz bayramına qədər məhsulda qiymət artımı gözlənilmir". 

"Yeni Sabah"ın öz araşdırmasına əsasən, bahalaşma yalnız kənd yumurtasına aiddir. Qış mövsümündə, sənaye quşçuluğundan fərqli olaraq, fərdi təsərrüafatlarda bu adi haldır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!