Zaqatalada “Opel“ aşdı, sürücü öldü

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada “Opel“ aşdı, sürücü öldü

Hadisə

21 Sentyabr 2022 17:20 796


Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Zaqatala sakini 39 yaşlı Mustafa Süleymanovun idarə etdiyi “Opel" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb, daha sonra fındıq bağına aşıb. Sezar pizza

Qəza zamanı ağır bədən xəsarətləri alan sürücü M. Süleymanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!