Aparıcı Zaur Baxşəliyev anası Dilavər xanımın evində çəkiliş edib.
Yenisabah.az xəbər verir ki, o, anasını tərif yağışına tutub.
Dilavər xanım oğlunun işləməyə başladığı illərdən, az maaş almasından danışıb. Pepperoni pizza
Zaur isə vaxtilə cəmi 50 manat maaş aldığını deyib:
"Anam mənə dedi ki, 50 manat alırsan. Bu azdır. Səhərdən axşama qədər əziyyət çəkirsən. Anama dedim ki, hələ məni tanımırlar. Qoy məni tanısınlar. İndidən gedib pul tələb edə bilmərəm. Mən özümü tanıdım. Bilsinlər ki, bu adamın dəyəri nədir? Mən onda hələ özümü tanıtmamışdım. Bir gün onlar özləri görəcəklər ki, mənə qiymət verilməlidir. Çünki əziyyət çəkirdim. Mən o zəhməti təqdim etməyənə qədər heç nə istəməmişəm. Çünki anamız bizi belə öyrədib".
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız