“Zaur Baxşəliyev hələ də özünə gələ bilmir...“

saytların hazırlanması

Evə çatdırılma

“Zaur Baxşəliyev hələ də özünə gələ bilmir...“

Şou

27 Yanvar 2023 11:06 1407


Əməkdar artist Kübra Əliyeva mərhum Tünzalə Əliyeva bağlı xatirələrini bölüşüb.

Yenisabah.az-a açıqlamasında o, hər kəsin "Toppuş bacı"ya əlindən gələn yardımı etdiyini deyib:

“Mən də Tünzalə kimi xərçəng həyatını yaşamışam. İstəyərdim ki, aramızdan belə tez getməsin, nə qədər arzusu vardı. Allah Zaurun balasını saxlasın, o hələ də özünə gələ bilmir. Toyuqlu pizza

”Bizimləsən” komandası, Elgiz Əkbər Tünzaləyə çox yardımçı oldu. Sonuncu dəfə onun səsi tutalanda Elgizə dedim ki, bəlkə ona lor doktoru göndərək? Hətta həkimlə də danışdıq, savadlı həkim idi, dedi ki, yox, artıq gecdir, şiş onun səs tellərinin üstündə oturub. Mənim üçün çox ağırdır. Kimin əlindən nə gəlirdisə, Tünzalə üçün etdi, amma olmadı…

Tünzalə sanki nəsillərinin ağbirçəyi idi. Hamıya yardım elədi, amma təəssüf ki, özünə edə bilmədi”.

K.Əliyeva mərhum aktrisanın son nəfəsinə qədər işinin başında olduğunu bildirib:

“Son nəfəsinə qədər də səhnədə oynadı. Dilarə Əliyeva danışırdı ki, otururdu, xəstə idi, onun səhnəsi gələndə deyirdik ki, dur, sənin sıran gəldi. Danışır ki, “Toppuş”a deyirdik, gəlmə, sənə qıymırıq, amma razılaşmırdı, xəstə halı ilə də gəlib oynayırdı. Deyirdi ki, məni bu obrazdan ayırsanız ölərəm. Dediyindən dönməyən idi.

O qədər sənətsevər insan idi ki. Çox hayıf! Kaş ki, deməklə də olmur, artıq hər şey üçün gecdir. Allah ona rəhmət eləsin, mənim övladın yaşında idi.  Onun həyatsevərliyi, qaqqıltısı, şaqqıltısı hələ də qulaqlarımdadır. Xalq onu necə sevirmiş…”

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!