Zaur qonaqları studiyadan qovdu

saytların hazırlanması

Evə çatdırılma

Zaur qonaqları studiyadan qovdu

Şou

30 Dekabr 2022 16:33 1141


Aparıcı Zaur Baxşəliyevlə 16 yaşlı gəlinini evinə qaytarmaq istəyən Sitarə adlı qadın arasında qalmaqal baş yaşanıb.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, “Bizimləsən” verilişinə qatılan qayınana və oğlu başqa bir şəxslə münasibətinin olduğu deyilən gəlini ilə barışmaq istəyib.

Proqram zamanı gəlinin əri Orxanın yüksək səslə danışması Baxşəliyevi narahat edib. O, Orxana irad bildirərkən anası müdaxilə edib və Zaurun Orxana danışmağa imkan vermədiyini söyləyib. Dominos pizza

Zaur isə “Yaxşı edib qoymamışam, 16 yaşlı qızla gedib pedofillik edib evlənəndə necə olmalıydı? Hələ bir danışığa bax! Məni niyə hədələyirsən? 16 yaşlı qızı gətirib evə, hələ bir danışır da”, - dedikdən sonra qonaqlar proqramdan çıxacaqlarını bildirib.

“Yaxşı yol! Gedin! Nə üzlə gəlmişdiniz bura?!” - deyə Zaur da onları studiyadan qovub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!