Fransa Afrika siyasətinin uğursuzluğundan sonra Qarabağda sülhməramlı obrazı yaratmağa çalışır.
Yenisabah.az “Rossiya 1”ə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Vladimir Solovyovla Bazar günü axşamı” verilişində o deyib ki, Parisin Qafqaz regionunda fəallığının artması ictimai-siyasi şüurda, bir növ, kompensasiyadır. pizza mizza
Zaxarova vurğulayıb: “Başa düşürük ki, bunun sülhməramlılıqla heç bir əlaqəsi yoxdur. Ölkəmiz öz üzərinə götürdü və bütün sülhməramlı rolunu, hətta Qarabağ nizamlanması kontekstində də vasitəçi kimi yerinə yetirdi. İndi, ən çətin mərhələ başa çatdıqdan sonra onlar, yəni NATO üzvü kimi Fransa keçmişi qurdalayır".
Telegram kanalımız