Zaxarova təsdiqlədi: Rusiya Ermənistana köməklik göstərəcək

saytların hazırlanması

Evə çatdırılma

Zaxarova təsdiqlədi: Rusiya Ermənistana köməklik göstərəcək

Dünya

30 May 2024 16:16 549


Rusiya daşqından zərər çəkmiş ərazilərin bərpasında Ermənistana kömək etməyə hazırdır.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz müsbət reaksiya gördük və bir daha bildiririk ki, verilən bütün təkliflər aktualdır. Müttəfiqlər kimi Yerevanın ehtiyaclarından çıxış edərək həmişə çiyin-çiyni verməyə hazırıq”, - deyən Zaxarova Rusiya-Ermənistan Humanitar Müdaxilə Mərkəzinin dərhal nəticələrin aradan qaldırılmasına qoşulduğunu və lazımi avadanlıqları Ermənistan hakimiyyətinə təhvil verdiyini xatırladıb.  Toyuqlu pizza

XİN sözçüsü xatırladıb ki, Rusiya Müdafiə Nazirliyi 102-ci bazanın qüvvə və vasitələri ilə kömək etməyə hazır olduğunu bildirib. Yardımın göstərilməsi məsələsinə Ermənistanda fəaliyyət göstərən bir sıra Rusiya şirkətləri, xüsusilə İrəvan-Tbilisi marşrutu üzrə xidmət göstərən "Cənubi Qafqaz Dəmir Yolları" da baxır.

“Daşqından zərər çəkmiş rayonlarda normal həyatın bərpası üçün bütün lazımi köməkliyi göstərəcəyik”, - deyə Zaxarova qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!