Ukrayna prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şolz və Fransa lideri Emmanuel Makronla görüşüb.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, görüş Zelenskinin Parisə səfəri çərçivəsində baş tutub.
Zelenski hər iki tərəfdən silah tədarükü ilə bağlı yardım istəyib. Şolz və Makron isə öz növbəsində, Ukraynaya dəstəyin davam edəcəyini vurğulayıblar. Toyuqlu pizza
Qeyd edək ki, prezident Zelenski bundan əvvəl Böyük Britaniyada səfərdə olub və paytaxt Londonda bu ölkənin Baş naziri Rişi Sunakla görüşüb. Bundan sonra isə onun Belçika paytaxtı Brüsselə səfəri və Aİ sammitində iştirakı planlaşdırılır.
Telegram kanalımız