Ukrayna prezidenti Volodimir Zelenski İspaniyaya səfər edib.
Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkədə özü məlumat yayıb:
"İkitərəfli təhlükəsizlik sazişi imzalamaq və baş nazir Pedro Sançeslə danışıqlar aparmaq üçün İspaniyaya gəldim". Dördpendirli pizza
Zelenskinin sözlərinə görə, o, yeni hərbi yardım paketini və Ukrayna hərbçiləri üçün təlimləri müzakirə edəcək. Onu İspaniya kralı VI Filip də qəbul edəcək.
İspaniyanın Kiyevə yeni yardım paketi 1,13 milyard avro dəyərində qiymətləndirilir. Madrid "Patriot" hava hücumundan müdafiə raketləri və "Leopard" tanklarını Ukraynaya göndərməyi planlaşdırır.
Telegram kanalımız