Zelenski Ukraynada döyüşən ruslara səsləndi: “Qaçın, canınızı qurtarın!“

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Ukraynada döyüşən ruslara səsləndi: “Qaçın, canınızı qurtarın!“

Dünya

28 Fevral 2022 14:14 557


Prezident Volodimir Zelenski Ukraynaya hücum edən rus hərbçilərə müraciət edərək, onları atəşi dayandırmağa çağırıb.

Yenisabah.az xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.

"Artıq 4500 rus əsgəri öldürülüb. Niyə hamınız bura gəlmisiniz? Niyə zirehli kolonlarınız Krımdan, bizim Krımdan bizə qarşı gəlir: Yaltadan, Evpatoriyadan, Sudakdan, Simferopoldan... Bunlar hərbi düşərgələrin adları deyil. Yenə də deyirəm: 4,5 min rus işğalçısı həlak olub”, - deyə Zelenski vurğulayıb. Pepperoni pizza

O, Ukraynaya hücum edən ruslara rus dilində müraciət edib.

"Təchizatınızı qoyun və gedin. Komandirlərinizə, təbliğatçılarınıza güvənməyin. Sadəcə canınızı qurtarın, gedin", - prezident deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!