“Zəlzələdən sonra hələ də möcüzə gözləyirik“ - Aktyor

saytların hazırlanması

Evə çatdırılma

“Zəlzələdən sonra hələ də möcüzə gözləyirik“ - Aktyor

Şou

17 Fevral 2023 13:56 876


“Ürəyim yeni əməliyyat olunub, həkimlər bərk-bərk tapşırıblar ki, stresdən uzaq olum, fikir etməyim. Amma bu boyda dərdə necə ağlamayım?!”

Yenisabah.az Yenicag-a istinadla xəbər verir ki, bunu tanınmış aktyor, Əməkdar artist Vahid Əliyev açıqlamasında deyib.

Türkiyədə baş verən dəhşətli zəlzələdə həyatını itirən insanların faciəsinə dözə bilməyən aktyor baş verənlərin səhhətininə təsir etdiyini bildirib: Pepperoni pizza

“Elə bilirəm dağıntılar altından çıxan öz balalarımdır. Dözə bilmirəm. Gecə-gündüz ağlayıram. Dağıntılar altından çıxarılan azərbaycanlı tələbələrin xəbərini eşidəndə dünyam alt-üst oldu.

Dua edirdim ki, heç olmasa o balalar analarını gözüyaşlı qoymasınlar. Amma anaların ürəyinə vaxtsız bala dağı çəkildi. Yer-göy qan ağlayır. Bu, nə müsibətdir türk qardaşlarımızın başına gəldi. Nə evdə, nə teatrda özümə yer tapa bilirəm. Hara gedirsən faciədən danışılır, televizoru açırsan, ərşə dirənən fəryad, göz yaşları…

Hələ də möcüzə gözləyirik. Dağıntılar altından sağ çıxan insanlar ümidlərimizi artırsa da, zaman, vaxt kədərimizi daha da artırır. Ancaq ovuc-ovuc dərman içirəm, çünki ürək buna tab gətirmir. Bu zəlzələ əsrin faciəsidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!