Zeynal Nağdəliyevin qohumuna yüksək vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Zeynal Nağdəliyevin qohumuna yüksək vəzifə verildi

Sosial

07 Dekabr 2024 14:23 2686


Tofiq Bəhramov adına Respublika stadionunda növbəti dəfə direktor təyinatı baş tutub.

Yenisabah.az Prosport.аz-a istinadən xəbər verir ki, ötən ilin iyulunda "Neftçi"dən ayrılaraq bu vəzifəyə təyin olunmuş Tələt Məmmədov postundan ayrılıb.

Yeni direktor isə Elnur Nağdəliyevdir. Pepperoni pizza

E.Nağdəliyev daşınmaz əmlak sahəsi üzrə fəaliyyət göstərən şirkətlərdən birində binaların idarəedilməsi üzrə menecer vəzifəsində çalışıb. 2019-cu ilin iyunun 22-də Beynəlxalq Daşınmaz Əmlakın İdarəedilməsi Assosiasiyası təşkilatı tərəfindən "CFM - Certified Facility Manager" sertifikasiyasını müvəffəqiyyətlə keçib. Bununla da E.Nağdəliyev Qafqaz ölkələri arasında IFMA-nın bu dərəcəsi üzrə sertifikatını əldə edən ilk şəxs olub.

Yeni direktor Lənkəran Şəhər İcra Hakimiyyətinin sabiq başçısı, Prezident Administrasiyası rəhbərinin keçmiş müavini, hazırda Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri işləyən, tarix elmləri doktoru Zeynal Nağdəliyevin yaxın qohumudur.

Qeyd edək ki, bu, Tofiq Bəhramov adına Respublika stadionunda son iki il ərzində üçüncü direktor təyinatıdır. Ötən ilin aprelində Tələt Məmmədovdan əvvəl Babək Hidayətov bu posta təyin olunmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    BƏS ARXASI OLMAYANLAR NƏ VAXT VƏZİFƏYƏ GƏLƏCƏKLƏR?
    1 year ago