Gürcüstanda Müstəqillik Günü ilə bağlı Tbilisinin Rustaveli prospektində hərbi paradla başlayıb.
Yenisabah.az xəbər verir ki, parad iştirakçıları qarşısında çıxış edən Gürcüstan Prezidenti, Ali Baş Komandan Salome Zurabişvili nitqinin böyük hissəsini Gürcüstanın Avropa gələcəyinə və Rusiyanın tənqidinə həsr edib.
O qeyd edib ki, payızda parlament seçkiləri keçiriləcək və bu, mahiyyətcə Gürcüstanın Avropa və Rusiya inkişaf yolları arasında referendum olacaq. Dördpendirli pizza
Öz növbəsində, Gürcüstanın baş naziri İrakli Kobaxidze parada toplaşanlara müraciət edərək bildirib ki, ölkə xüsusilə son 4 ildə öz müstəqilliyinə və suverenliyinə xələl gətirmək cəhdlərindən keçib.
Paraddan sonra Kobaxidze jurnalistlərə bildirib ki, Zurabişvilinin paraddakı çıxışı Gürcüstanın Müstəqillik Gününə uyğun gəlmir.
Telegram kanalımız