“Küçə itlərinin zəhərləyən otelin işçiləridir” iddiası: Rəhbərlik izahat verdi

saytların hazırlanması

Evə çatdırılma

“Küçə itlərinin zəhərləyən otelin işçiləridir” iddiası: Rəhbərlik izahat verdi

Sosial

24 İyul 2026 14:28 444


Balakəndə yerləşən “Qubek” hotelin ətrafında küçə heyvanlarının zəhərlənməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.

Sözügedən müəssisə rəhbərliyindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirib ki, hadisədən məlumatlıdırlar:

“Bizim otelin ərazisində belə bir hadisə baş verdiyinə dair heç bir məlumatımız yoxdur. İt və pişiklərin zəhərlənməsini kənardan eşitmişik. Amma hadisə otelin ərazisində deyil. parkda baş verib. Orada çoxlu küçə heyvanları var və kənarda baş verən hadisəni biz bilə bilmərik. Kimsə edə bilər, amma məlumatımız olmadığı üçün kimisə ittiham edə bilmirik. Lakin həmin hadisənin otellə bir əlaqəsi yoxdur”. pizza

Sosial şəbəkələrdə yayılan kadrlarda “Qubek Hotel”in ətrafında olan itlərin və pişiklərin yemək vasitəsilə zəhərləndiyi qeyd olunub. Bundn başqa, otel işçilərinin müştərilərə yerə düşən heç bir şeyi götürüb istifadə etməməklə bağlı xəbərdarlıq olunduğu iddia edilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!