Türkiyədəki yeni səfirimiz kimdir? -   DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədəki yeni səfirimiz kimdir? - DOSYE

Siyasət

24 İyul 2026 14:11 549


Xəbər verdiyimiz kimi, Prezidentin sərəncamı ilə Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

“Yeni Sabah” qardaş ölkədəki yeni səfirimizin dosyesini təqdim edir:

Rəşad Aslanov 1977-ci ildə anadan olub. O,  Azərbaycan Prezidenti İlham Əliyevin 7 iyul 2012-ci il tarixli sərəncamı ilə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib. pizza hut

Prezidentin  6 sentyabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Argentinada olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Daha sonra Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 27 oktyabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Boliviyada olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Bir müddət sonra isə Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Uruqvayda olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanın Paraqvayda olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Daha sonra Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanın Çilidə olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. Son təyinatına qədər isə Azərbaycan Respublikasının İtaliyada fövqəladə və səlahiyyətli səfiri olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!