Cəlilabadda ikimərtəbəli yaşayış evi əşyaları ilə birgə yandı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda ikimərtəbəli yaşayış evi əşyaları ilə birgə yandı - VİDEO

Hadisə

26 İyul 2026 15:46 267


Cəlilabad şəhərində ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

''Yeni Sabah'' xəbər verir ki, yanğın barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə lokallaşdırılıb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. pizza

Yanğın nəticəsində ev içərisindəki əşyalar və yanar konstruksiyalarla birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbi müəyyənləşdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!